İtaliyanın “İnter” klubu baş məşqçi Simone İnzaqini istefaya göndərməyəcək.

Offsideplus.az xəbər verir ki, sentyabrın 22-də Milan klubunun rəhbərləri ilə 46 yaşlı italiyalı məşqçi arasında komandanın hazırkı böhrandan necə çıxacağı müzakirə olunub. Rəhbərliyin baş məqşçiyə güvəndiyi qeyd olunub.  

A Seriyasının 7 turundan sonra “İnter” 12 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.