"Cenoa" klubu sabiq baş məşqçisi Andrey Şevçenko ilə müqaviləyə xitam verib.
Offsideplus.az xəbər verir ki, 46 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından dekabrınadək A Seriyası təmsilçisini çalışdırıb. Klub ukraynalı məşqçini vəzifəsindən uzaqlaşdırsa da, müqaviləsi davam edib.
"Cenoa" klubu 9 ay sonra Şevçenko ilə sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, "Cenoa" onun başçılığı altında 7 oyunda uduzub, 3 qarşılaşmada heç-heçə edib, 1 dəfə isə qalib gəlib.