"Qızıl Top" mükafatçısı Fabio Kannavaro baş məşqçi karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 49 yaşlı mütəxəssis "Benevento" klubunun baş məşqçisi olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyalı çalışdırıcı ilə 2 ilik müqavilə imzalanıb.

Qeyd edək ki, Kannavaro son olaraq 2019-cu ildə Çin milli komandasına rəhbərlik edib.