“İnter” klubunun futbolçusu Romelu Lukaku məşqlərə başlayıb.

Offsideplus.az xəbər verir ki, belçikalı hücumçu zədə səbəbindən bir aydan çox müddətdə yaşıl meydanlardan uzaq düşmüşdü.

O, bu mövsüm milanlılara A seriyasında yalnız 3 oyunda kömək edib və 1 qol vurub. Lukakunun bu liqanın oktyabrın 1-də “Roma” ilə keçiriləcək oyununda meydana çıxmaq şansı var.