"Yuventus" İtaliya A seriyasının 6-cı turunda növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi öz meydanında "Salernitana" ilə qarşılaşıb. Oyun 2:2 hesablı qollu bərabərliklə yekunlaşıb.

"Yuventus" - "Salernitana" - 2:2
Qollar: Kandreva, 18 (0:1), Pyatek, 45+5-pen (0:2), Bremer, 51 (1:2), Bonuççi, 90+3 (2:2)

Qeyd edək ki, turnir cədvəlinin ilk pilləsində "Napoli" (14 xal) qərarlaşıb. "Yuventus" 10 xalla 8-ci, "Salernitana" 7 xalla 10-cu pillədə yer alıb.