Bu yay “Mançester Yunayted”dən “Yuventus”a keçən Pol Poqba hələ də hazırkı komandasına kömək edə bilmir.
Offsideplus.az xəbər verir ki, mövsümə hazırlıq üçün keçirilən “Qvadalaxara” (2:0) ilə oyunda dizi zədələnən fransalı futbolçu üçün nəzərdə tutulan konservativ müalicə lazımi effekt verməyib. Bu səbəbdən dünya çempionunun cərrahiyyə əməliyyatı keçirməsinə qərar verilib.
Onun diz qapağı əməliyyatı uğurlu alınıb. Həkimlərin proqnozuna görə, 29 yaşlı yarımmüdafiəçi təxminən 6 həftədən sonra yaşıl meydana qayıdacaq.