“Ronaldonu Maradona ilə müqayisə etməyin. Bu, şokoladı nə iləsə müqayisə etmək kimidir.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu sözləri  "Yuventus" klubunun sabiq futbolçusu Massimo Mauro deyib. 

Hazırda siyasətlə məşğul olan keçmiş oyunçu "Napoli"də komanda yoldaşı olmuş argentinalı Dieqo Armando Maradonanı "Mançester Yunayted" klubunun hücumçusu Kriştiano Ronaldo ilə müqayisə etməyin doğru olmadığını söyləyib:

“Ronaldonu Maradona ilə müqayisə etməyin. Bu, şokoladı nə iləsə müqayisə etmək kimidir. Komanda yoldaşları Dieqonu ən yaxşı olmasına görə deyil, səxavətli olduğu üçün sevirdilər. Onun komanda yoldaşları ilə münasibəti də yaxşı idi. Heç vaxt komanda üzvlərinə əl qaldırmamışdı.

Kriştianonun isə komanda yoldaşına əl qaldırdığı vaxt olub. Kyezadan bu məsələ ilə bağlı nə baş verdiyini soruşa bilərsiniz".

 Dieqo Maradona 2020-ci ilin noyabrın 25-də dünyasını dəyişib. 37 yaşlı portuqaliyalı ulduz 2018-2021-ci illərdə "Yuventus"da forma geyinib.