"Roma" klubu erməni futbolçu Henrix Mxitaryanla yollarını ayırmaq qərarına gəlib.
Offsideplus.az İtaliya mətbuatına istinadla xəbər verir ki, futbolçunun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.
Klub yüksək maaş səbəbindən erməni oyunçu ilə vidalaşacaq. Paytaxt təmsilçisi illik 3 milyon avro məvacib alan yarımmüdafiəçiyə artıq bu məbləği vermək istəmir.