Dieoqo Simeonenin oğlu Covanni İtaliyanın "Napoli" komandasına keçib.

Offsideplus.az xəbər verir ki, "Napoli" 27 yaşlı hücumçunu satın alma şərti ilə bir illik "Verona"dan icarəyə götürüb. A Seriyası nəhəngi argentinalı futbolçu üçün 3,5 milyon avro ödəyib. "Napoli" Covannini birbaşa satın almaq istəsə, 12 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, 2022-ci ilin iyun ayında "Verona"ya transfer edilən Covanni Simeonenin klubla müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.