İtaliya milli komandasının sabiq qapıçısı Salvatore Siriqunun yeni klubu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı oyunçu bundan sonra “Napoli”də çıxış edəcək. Bu barədə Neapol təmsilçisinin rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik təcrübəli qolkiperlə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, "Fənərbağça"da italiyalı oyunçunu heyətinə qatmaq istəyirdi.

Qeyd edək ki, Siriqu son olaraq “Cenoa”da oynayıb. O, geridə qalan mövsüm sözügedən klubda 37 oyuna çıxıb.  Futbolçu İtaliya yığmasında da 28 matç keçirib.