“Arsenal”ın mərkəz müdafiəçisi Pablo Marin karyerasını İtaliyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı oyunçu “Montsa”ya keçib. Bu barədə İtaliya klubunun saytı məlumat yayıb.
İspaniyalı futbolçu mövsümün sonuna qədər sözügedən klubda icarə əsasında çıxış edəcək. Tərəflər arasında sözləşmədə satın alma variantı da qeyd olunub .
Qeyd edək ki, Pablo Marinin “topçular”la müqaviləsi 2024-cü ilin yayında başa çatır.