"İnter" 2022/2023 mövsümü üçün yeni səfər formasını təqdim edib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, geyim forması ağ rəngdən və üzərində dünya xəritəsi əks olunmuş dizayndan təşkil olunub. Bundan başqa formanın sinə nahiyəsində Milan təmsilçisinin logosu da yer alır.
Qeyd edək ki, "İnter" avqustun 13-də "Leççe" ilə baş tutacaq A Seriyasının açılış oyununda sözügedən forma ilə meydana çıxacaq.