Portuqaliya myığmasının təcrübəli üzvü Bruno Alveşin yeni klubu məlum olub. 

Offsideplus.az xəbər verir ki, 36 yaşlı müdafiəçi İtaliya A seriyasına vəsiqə qazanan “Parma”ya keçib. Bu barədə İtaliya mətbuatı xəbər yayıb.

 Qeyd edək ki, Alveş son mövsümü Şotlandiyanın “Reyncers” klubunda keçirib. O, karyerası ərzində “Portu”, “Zenit”, "Kalyari" və “Fənərbaxça” kimi klublarda da oynayıb.