İtaliya "İnter"də növbəti ayrılıq yaşanır.

Offsideplus.az xəbər verir ki, Andrea Pinamonti Milan klubunu tərk edəcək. "Neradzurri" futbolçunu 20 milyon avroya satmaq üçün "Sassuolo" ilə anlaşıb.

Pinamonti ötən mövsümü icarə əsasında "Empoli"də keçirib. 23 yaşlı futbolçu A Seriyasında 36 oyunda 13 qol vurub və 2 məhsuldar ötürmə edib.