"Yuventus" növbəti transferini rəsmiləşdirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, klubun israrla heyətinə qatmaq istədiyi "Ayntraxt"ın (Frankfurt) vingeri Filip Kostiç tibbi müayinədən keçmək üçün Turinə gedib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Mənbəyə görə, "qoca sinyora" Bundesliqa klubuna bu transfer üçün 15-16 milyon avro ödəyəcək.
Qeyd edək ki, 29 yaşlı oyunçu 2018-ci ilin yayından Frankfurt təmsilçisində çıxış edirdi. O, indiyə qədər sözügedən klubla bütün turnirlərdə 172 oyuna çıxıb, 33 qol və 56 məhsuldar ötürməylə yadda qalıb.