"Yuventus" "Ayntraxt"ın (Frankfurt) futbolçusu Filip Kostiçi heyətinə qatmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi 29 yaşlı oyunçu ilə müqavilə şərtlərini razılaşdırıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Mənbəyə görə, "qoca sinyora"nın rəsmiləri transferi tamamlamaq üçün gələn həftə Frankfurt təmsilçisi ilə görüşəcək.
Qeyd edək ki, Kostiç 2018-ci ildən çıxış etdiyi Bundesliqa klubunda bütün turnirlərdə 172 oyunda meydanda olub, 33 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2015-ci ildən çağrıldığı Serbiya millisində isə 34 matçda iş başında olub.