“Milan” klubu yarımmüdafiəçisi Daniel Maldinini A Seriyasının digər təmsilçisi “Spetsiya”ya icarəyə verib.
Offsideplus.az xəbər verir ki, "rossonyerlər"in əfsanələrindən olan Paolo Maldininin 20 yaşlı oğlu qarşıdakı mövsümün sonuna qədər “Spetsiya”da oynayacaq.
Daniel Maldini “Milan”ın öz yetirməsidir. O, bu klubun əsas komandasında 24 oyuna çıxıb, 1 qol vurub.