İtaliya "İnter"i futbolçusu Milan Şkrinyara 70 milyon avro qiymət qoyub.

Offsideplus.az xəbər verir ki, klub 27 yaşlı müdafiəçini bu qiymətdən aşağı satmağı düşünmür. Slovakiyalı oyunçu ilə maraqlanan PSJ-nin bu məbləği ödəməyə hazır olmadığı bildirilir.

Şkrinyar ötən mövsüm bütün yarışlarda 48 oyuna çıxıb və 4 qol vurub.