"Napoli"nin hücumçusu Dris Mertens klubdan ayrılıb.

Offsideplus.az  xəbər verir ki, Belçika millisinin üzvü başa çatan müqaviləsini yeniləməmək qərarına gəlib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2013-cü ildən Neapol təmsilçisində oynayan 35 yaşlı futbolçu 397 matça çıxıb 148 qol vurub. O, klub tarixinin ən yaxşı bombardiridir.