"Yuventus" klubu yarımmüdafiəçi Aaron Remzi ilə yollarını ayırıb.

Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, Uels millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, 31 yaşlı futbolçunun Turin təmsilçisi ilə sözləşməsi gələn ilin yayında başa çatırdı. O, 2019-cu ildən "Yuventus"da oynayırdı.