"Napoli" klubu "Verona"nın hücumçusu Covanni Simeone ilə razılığa gəlib.

Offsideplus.az  "Corriere dello Sport"a istinadən xəbər verir ki, tərəflər arasında danışıqlardan sonra anlaşma əldə etmək mümükün olub. Yalnız oyunçu ilə sözləşmə bağlamaq qalır.

Qeyd edək ki, Covanni "Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeonenin oğludur. O, ötən mövsüm A seriyasında meydana çıxdığı 35 oyunda 17 qol və 5 qol ötürməsi ilə fərqlənib.