“Palermo” heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, B Seriyası təmsilçisi “Yuventus”dan Matteo Brunorini transfer edib. 27 yaşlı forvard ilə 4 illik sözləşmə imzalanıb. "Qoca sinyora" futbolçunun keçidindən 2 milyon avro qazanıb.
Qeyd edək ki, Brunori 2020-ci ilin yayından Turin klubunda oynayırdı. O, geridə qalan mövsümü “Palermo”da icarə əsasında keçirib.