“Milan” klubu mərkəz müdafiəçisi Mattia Kaldaranı “Spetsiya”ya icarəyə göndərib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu satınalma şərti ilə qarşı tərəfə yollanıb.
Kaldara 2018-ci ildə “Yuventus”dan "qırmız-qaralar"a keçsə də, “Milan”ın əsas komandasında heç vaxt çıxış etməyib. İtaliyalı oyunçu “Spetsiya”dan əvvəl “Atalanta” və “Venesiya”da icarədə oynayıb. Onun milli komandanın heyətində 2 matçda oynadığını da xatırladaq.