"Milan" klubu heyətinə yeni futbolçu qata bilər.

 Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" "Betis"in cinah vingeri Nabil Fekirlə maraqlanır. Fransalı futbolçunun klubla sözləşməsi 2026-cı ildə başa çatır. Sevilya təmsilçisi qarşı tərəfdən bu keçid üçün 35 milyon avro tələb edir.

Qeyd edək ki, 28 yaşlı futbolçu "Betis"ə 2019-cu ildə "Lyon"dan transfer olunub. O, geridə qalan mövsümdə komandanın heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 10 qol və 11 asisstlə yadda qalıb.