"İnter" futbolçusu Samir Handoviçlə yeni sözləşmə imzalayıb.
Offsideplus.az xəbər verir ki, Sloveniya millisinin qapıçısı növbəti mövsümün sonuna kimi Milan təmsilçisində çıxış edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 37 yaşlı oyunçu 2012-ci ildən "neradzura"nın şərəfini qoruyur. Təcrübəli qolkiper milanlıların heyətində bütövlükdə 439 matçda çərçivəni qoruyub.