"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi 34 yaşlı argentinalı yarımmüdafiəçi Anxel di Mariyanı transfer edib. Onunla bu həftə rəsmi müqavilə imzalanacaq. Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Qeyd edək ki, Di Mariyanın son klubu PSJ olub.