Tarixində ilk dəfə A seriyasında çıxış edəcək “Montsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, komanda artıq “İnter”dən ikinci oyunçunu da sıralarına qatıb.

Bir neçə gün əvvəl Andrea Ranokkyanı transfer edən debütant Stefano Sensi ilə də güclənib. İtaliya yığmasının 26 yaşlı yarımmüdafiəçisi milanlılardan 1 il müddətinə icarəyə götürülüb.