İtaliyanın "Milan" klubu qapıçısı Antonio Mirante ilə müqaviləni artırmağa qərar verib.

Offsideplus.az xəbər verir ki, italiyalı qolkiper yeni sözləşməyə əsasən növbəti mövsümdə də komandada çıxış edəcək.

Qeyd edək ki, 38 yaşlı kiper 2021-ci ilin oktyabrında "qırmızı-qaralar"a transfer olunub.