"Liverpul" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

 Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, "qırmızılar" "İnter"in yarımmüdafiəçisi Nikolo Barellanı heyətinə qatmaq üçün hərəkətə keçib. 26 yaşlı italiyalı futbolçu Premyer Liqada oynamağa müsbət baxır. Onun "nerazdurrilər"lə sözləşməsi 2026-da başa çatır.

Qeyd edək ki, Barella bu sezon "İnter" formasıyla 48 matçda 4 qol və 13 məhsuldar ötürmə edib.