"Yuventus" klubunun futbolçusu Adrien Rabiot klubdan ayrılmaq istəyir.
Offsideplus.az xəbər verir ki, o, karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir. İngiltərənin bir neçə klubu 27 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Qeyd edək ki, fransalı oyunçu 2019-cu ildən "Yuventus"da oynayır.