PSJ-dən ayrılan Anxel di Mariyanın karyerasını harda davam etdirəcəyi məlum deyil.

 Offsideplus.az xəbər verir ki, "Yuventus" 34 yaşlı argentinalıdan cavab gözləyir. Turin klubunun baş məşqçisi Massimiliano Alleqri yarımmüdafiəçini komandasında görmək istəsə də, oyunçu qərar verməkdə çətinlik çəkir. Bu barədə jurnalist Canluka di Martsio "tvitter" hesabında məlumat verib.

Qeyd edək ki, Di Mariya 2015-ci ildən şərəfini qoruduğu PSJ-ni bu yay ayrılmaq qərarına gəlib.