"İnter" klubu "Yuventus"un hücumçusu Paulo Dibalanın transferini gələn həftənin əvvəlində elan edəcək.

Offsideplus.az xəbər verir ki, iyunun 20-si və ya 21-nə kimi Milan təmsilçisi 28 yaşlı argentinalı oyunçu ilə müqavilənin bağlanması ilə bağlı xüsusi videoçarx hazırlayacaq.

Dibala ötən mövsüm "Yuventus"un heyətində 39 oyunda 15 qol vurub və 6 qolun ötürməsini verib.