"İnter" heyətini yeni ulduzla gücləndirəcək.

 Offsideplus.az "Football İtalia"ya istinadən xəbər verir ki, Milan təmsilçisi "Yuventus"da ayrılan Paulo Dibal ilə anlaşıb. Argentinalı hücumçu "neradzurrilər"lə 4 illik müqavilə bağlayacaq. O, bonuslar daxil olmaqla 8 milyon avro qazanacaq.

Qeyd edək ki, 2015-ci ildən "Yuventus"da çıxış edən Dibala bu ayın sonu komandanı tərk edəcək.