“Yuventus” klubunun hücumçusu Paulo Dibala karyerasını “İnter”də davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı argentinalı futbolçu yayda Milan klubuna keçməyə razılaşıb. Onun “İnter”lə illik 6 milyon avro maaşla 4 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Dibala bu mövsüm 34 oyun keçirib, 14 qol vurub və 6 məhsuldar ötürmə edib.