İngiltərənin “Çelsi” klubunun daha bir aparıcı futbolçusu Jorjinyo yay transfer pəncərəsində komandanı tərk edə bilər.

Offsideplus.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İtaliyaya qayıda bilər.

İtaliya yığmasının üzvünün meneceri “Yuventus” təmsilçiləri ilə danışıqlara artıq start verib. Razılıq əldə olunsa, Jorjinyo gələn mövsümdən “qoca sinyora”nın formasını geyinəcək.

Qeyd edək ki, 2018-ci ildən “Çelsi”də çıxış edən Jorjinyo bu mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 9 qol, 4 assistlə yadda qalıb.