İtaliya “İnter”i transfer hüquqları “Barselona”ya məxsus olan “Beşiktaş”ın yarımmüdafiəçisi Miralem Pyaniçlə müqavilə bağlamaq niyyətində deyil.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı Pyaniç yay transfer pəncərəsi dövrü üçün Milan təmsilçisinin siyahısında yer almayıb.
Bosniyalı futbolçu “Beşiktaş”da icarə müddəti bitdikdən sonra “Barselona”ya qayıdacaq. Onun Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilə qədər qüvvədədir.
Pyaniç 2021-ci ildə “Barselona”dan icarə əsasında “Beşiktaş”a keçib.