“Milan” klubu “Sassuolo”nun futbolçusu Domeniko Berardini transfer etməmək qərarına gəlib.

Offsideplus.az xəbər verir ki, “Sassuolo” Berardini 35 milyon avroya buraxmağa hazırdır. Ancaq "rossonyerlər" yayda bu məbləği bir futbolçuya xərcləmək niyyətində deyil.

Qeyd edək ki, Berardi bu mövsüm “Sassuolo”nun heyətində A Seriyasında 27 oyuna çıxıb, 14 qol vurub və 14 məhsuldar ötürmə edib.