İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyelli 1 il müddətinə futboldan kənarlaşdırıla bilər.

Offsideplus.az xəbər verir ki, funksioner futbolçuların transferi zamanı saxta maliyyə hesabatları hazırladığı üçün cəzalanacaq.

Anyelli ilə yanaşı, Turin klubunun sabiq idman direktoru Fabio Paratiçi və hazırkı vitse-prezidenti Pavel Nedvedi də cəza gözləyir. Onlar müvafiq olaraq, 16 ay və 8 ay müddətinə diskvalifikasiya olunacaqlar.

Qeyd edək ki, "Yuventus" rəhbərliyi 50 milyon avro məbləğində çirkli pulların yuyulmasında ittiham olunur.