İtaliya çempionatında keçən mövsümün ən yaxşı baş məşqçisi məlum olub.

Offsideplus.az  xəbər verir ki, bu ada "İnter"i uzun fasilədən sonra çempion edən Antonio Konte layiq görülüb. Səsvermə məşqçilər arasında baş tutub.

İkinci yeri "Milan"ı çalışdıran Stefano Pioli, üçüncünü isə "Atalanta"nın baş məşqçisi Can Pyerro Qasperini tutub.