“Yuventus” klubunun baş direktoru Maurisio Arrivabene Paulo Dibala ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi, 28 yaşlı hücumçunun “Yuventus”un gələcək planlarında yer almadığını bildirib.
Qeyd edək ki, Dibala 2015-ci ildən “Yuventus”da çıxış edir. Onun klubla sözləşməsi cari mövsümün sonuna qədərdir.