Türkiyə millisinin və "Yuventus" klubunun müdafiəçisi Merih Demiral daha iki Avropa nəhənginin "radarına" düşüb.

 Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, Madrid "Real"ının ardınca eyniadlı şəhəri təmsil edən "Atletiko" və İngiltərənin "Mançester Yunayted" komandası da 24 yaşlı futbolçunu heyətində görmək niyyətindədir. Hər 3 klub onun üçün Turin təmsilçisiylə danışıqlar masasına əyləşməyə hazırdır.

Göstərdiyi çıxışı ilə nəhəng klubların diqqətini çəkən Demiral hazırda icarə əsasında İtaliyanın "Atalanta" komandasında çıxış edir.

Qeyd edək ki, futbolçu 2019-cu ildə "Sassuolo"dan "Yuventus"a transfer edilib.