"İnter"in futbolçusu Matias Vesino karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az "Todo Fichajes"ə istinadən xəbər verir ki, "Qalatasaray" və "Fənərbağça" 30 yaşlı uruqvaylı yarımmüdafiəçiyə təklif göndərib. Bildirilib ki, növbəti mövsümdən Milan təmsilçisində qalmayacaq olan oyunçu karyerasını Super Liqada davam etdirəcək. Bu keçidin 3 milyon avroya həll olunacağı gözlənilir.
Qeyd edək ki, 2017-ci ildən "nerazzurilər"də çıxış edən futbolçu bu mövsüm 20 oyunda 1 qol vurub.