"Napoli" klubunun baş məşqçisi Luçano Spaletti İtaliya A seriyasında fevralın ən yaxşı məşqçisi seçilib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bu mövsüm ikinci dəfə ayın ən yaxşı məşqçisi olub.

Qeyd edək ki, "Napoli" fevralda meydana çıxdığı 4 oyunda 2 qələbə qazanıb, 2 heç-heçə edib.