"Milan" növbəti mövsüm heyətini yeni hücumçu ilə gücləndirəcək.

 Offsideplus.az xəbər verir ki, "rossonyerlər" "Sassuolo"da bu mövsüm yaxşı oyun göstərən 27 yaşlı forvard Domeniko Berardini transfer edəcək. Lakin klub bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməli olacaq. Bu barədə "Calciomercato" məlumat yayıb.

Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm 24 matçda 10 qol və  12 məhsuldar ötürmə edib.