"Yuventus" klubunun argentinalı futbolçusu Paolo Dibala UEFA Çempionlar Liqasının 1/8 finalında "Vilyarreal"la oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı hücumçu A seriyasının 26-cı turunda "Torino" ilə matçda sıradan çıxıb. Onun bu səbəbdən də "Vilyarreal"la qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, sözügedən oyun fevralın 22-si Bakı vaxtı ilə 00:00-da başlayacaq.