"Roma" Henrix Mxitaryanla yolları ayıracaq.

 Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, "canavarlar" bu mövsümün sonu sözləşməsi başa çatacaq olan yarımmüdafiəçini komandada saxlamayacaq. Belə ki, paytaxt klubunun çalışdırıcısı Joze Mourinyo rəhbərlikdən erməni futbolçunun göndərilməsini istəyib.

Qeyd edək ki, Mxitaryan bu mövsüm "Roma" forması ilə 24 matçda 3 qol və 5 məhsuldar ötürmə edib.