A Seriyasının sabiq hücumçusu Françesko Flaçi 12 illik fasilədən sonra yenidən futbola qayıdır.
Offsideplus.az xəbər verir ki, karyerası boyunca A seriyasında 134 oyun keçirən Flaçi 42 qola imza atmışdı. 2010-cu ildə narkotik istifadə etdiyinə görə futboldan uzaqlaşdırılmışdı.
46 yaşlı Flachi cəzasını çəkdikdən sonra yenidən yaşıl meydanlara geri döndü. İtaliyalı hücumçu öz qərarı və qaydaları ilə futbolu tərk etmək üçün bu addımı atıb.
O, 5-ci liqa klubu "Siqna 1914" klubu ilə anlaşıb.