İspaniya millisinin "Atletiko"nun sabiq futbolçusu Dieqo Kosta karyerasını İtaliyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu "Salernitana"yla anlaşıb. Onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb. Bu barədə "II Mattino" məlumat yayıb.
Qeyd edək ki, Kosta karyerası ərzində "Atletiko" ( Madrid ), "Selta", "Albasete", "Valeydolid" və "Çelsi"də çıxış edib. Onun son klubu Brazilya təmsilçisi "Atletiko Mineyro" olub.
Xatırladaq ki, "Salernitana" A Seriyasında 10 xalla sonuncu yerdə qərarlaşıb.