Türkiyə millisinin və "Lill"in futbolçusu Burak Yılmaz karyerasını İtaliyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, A Seriya təmsilçisi "Salernitana"nın idman direktoru Valter Sabatini 36 yaşlı hücumçunu transfer etmək niyyətindədir.
Qeyd edək ki, Burakın Liqa 1 klubuyla sözləşməsi mövsümün sonu başa çatır.