Nikola Kaliniç "Verona"dan ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi bu mövsümün sonu müqaviləsi başa çatacaq olan 34 yaşlı xorvatiyalı hücumçunu komandada saxlamaq istəmir. Onun ölkəsinə qayıdacaqağı gözlənilir. Belə ki, adıçəkilən futbolçunu "Hayduk" heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Kaliniç karyerası ərzində "Blakbörn", "Dnepr", "Fiorentina", "Milan" və "Atletiko" ( Madrid ) kimi önəmli klubların şərəfini qoruyub. O, bu mövsüm A Seriyasında 11 matçda 3 qol və 1 məhsuldar ötürmə edib.